“Rossotrudniçestvo” Agentliyi Avazada I Xəzər İqtisadi Forumu çərçivəsində “Skolkovo” İnnovasiya Mərkəzinin Fondu və türkmənistanlı həmkarları ilə birlikdə MDB-nin iştirakçısı olan dövlətlərin 2020-ci ilə qədər Dövlətlərarası İnnovativ Əməkdaşlıq Proqramının təqdimatını keçirəcək.
Həmin proqram Türkmənistanın innovativ potensialının inkişafına böyük imkanlar açacaq. AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla bildirir ki, Ticarətə və İnvestisiyalara Dəstək üzrə Yüksək Səviyyəli Qrupun Aşqabadda keçirilən iclasında bu məsələ müzakirə olunub.
Yüksək Səviyyəli Qrupun Rusiya hissəsinin rəhbəri, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Mixail Babiç deyib: “Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi mühüm vəzifədir. “Rossotrudniçestvo”nun təklifi böyük diqqətə layiqdir”.
Baxış sayı: 1 342
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

