Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi yeni layihəyəsi çərçivəsində “20 gün erməni girovluğunda – Qarabağ həqiqətləri” filminin çəkilişinə başlayıb.
Qeyd edək ki, film uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində məsul vəzifələrdə çalışan, bütün fəaliyyəti dövründə yersiz torpaq iddiasında olan millətçi ermənilərə qarşı sərt mövqe nümayiş etdirən və bu fəaliyyətinə görə ermənilər tərəfindən 20 gün girovluqda saxlanılan vətənpərvər ziyalı Arif Əliyevdən bəhs edir.
Birliyin üzvləri və çəkiliş qrupu bu günlərdə Gəncə şəhərinə ezam olunub. Layihənin rəhbəri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib ki, çəkilişlər Bakı şəhərində, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Goranboy rayonlarında və Ağcakənd qəsəbəsində davam edəcək.
Baxış sayı: 1 370
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

