Rumıniyada “SOCAR” brendi altında 43-cü yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsini genişləndirməkdə davam edir.
Rumıniyada “SOCAR” brendi altında sayca 43-cü yanacaqdoldurma məntəqəsinin açılışı olmuşdur. Ölkənin şimali-qərb regionunda, Macarıstan və Ukrayna istiqamətindəki avtomagistrallar üzərində yerləşən yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılmışdır. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcəkdir.
YDM ərzasindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılmış və YDM-də ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.
Baxış sayı: 1 416
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

