Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın faciəsi” adlı kitabının imza mərasimi olub. Kitab Litva və rus dillərində çap edilib.
Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və Şaulyay “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə yüzdən çox kitab imzalanaraq sahiblərinə təqdim olunub.
Tədbirdə çıxış edən müəllif Gintaras Visotskas Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb.
Şaulyaydakı diasporumuzun nümayəndələrinin də iştirak etdiyi tədbirdə “Azərbaycan” Cəmiyyətinin rəhbəri Bəhram Zeynalov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə iştirakçılara geniş məlumat verib.
Tədbir çərçivəsində Şaulyayda fəaliyyət göstərən yəhudi folklor qrupunun çıxışı izlənilib, qonaqlara Azərbaycan çayından və şirniyyatlarından ibarət süfrə təqdim olunub.
Baxış sayı: 1 390
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

