FACT-INFO.AZ » CƏMİYYƏT » “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi
30-12-2015, 09:10 | CƏMİYYƏT
“Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi

Nizami Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filminin təqdimatı keçirilib.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.
 
Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Göygöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.
 
Mərasimdə çıxış edən İqor Bışnyov “Göygöl Milli Parkı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək filmin çəkiliş prosesindən təəssüratlarını qonaqlarla bölüşüb. Buradakı görüşlərin növbəti filmin treyleri ilə başlamasının çox gözəl ənənə olduğunu söyləyib. İqor Bışnyov bildirib ki, layihəni IDEA İctimai Birliyi reallaşdırıb.
 Rejissor deyib: “Layihə çərçivəsində ilk film ötən il təqdim edilən “Şirvan Milli Parkı”, ikinci film cari ilin aprel ayında təqdim olunan “Quşlar cənnəti – Ağgöl Milli Parkı” sənədli filmidir. Bu gün isə mən çox şadam ki, ilin sonunda “Göygöl Milli Parkı” sənədli filmi təqdim edilir”.
 Göygöl Milli Parkının 1925-ci ildə yaradıldığını diqqətə çatdıran İ.Bışnyov bildirib ki, bu film qoruğun yaranmasının 90 illiyi ilə bağlıdır.
 İqor Bışnyov layihə çərçivəsində çəkilən ilk iki filmin sırf təbiətə həsr edildiyini vurğulayaraq “Göygöl Milli Parkı” sənədli filminin yalnız təbiət haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti, həm də arxeoloji faciə haqqında olduğunu söyləyib.
 Rejissor Azərbaycanda şəxsən Prezident İlham Əliyevin milli parkların açılışlarında iştirak etməsinin çox xoş hadisə olduğunu qeyd edib.
 İqor Bışnyov layihənin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, IDEA ilə əməkdaşlıq etmək olduqca maraqlıdır. IDEA İctimai Birliyinin uşaqları ekoloji cəhətdən tərbiyələndirməsi çox əhəmiyyətli məsələdir.
 O, hamını Yeni il və Göygöl Milli Parkının 90 illiyi münasibətilə təbrik edərək deyib ki, qoy bu film bayramlara bir hədiyyə olsun.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Bu filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama Milli parklarından söhbət açılacaq.
 IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Göygöl Milli Parkı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Göygöl Milli Parkı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.
 Qeyd edək ki, “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində çəkilmiş “Ağgöl Milli Parkı” filmi 2015-ci il iyunun 17-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən “Xilas etmək və qorumaq” adlı XIX Beynəlxalq ekoloji televiziya festivalında “İlin televiziyası layihəsi” mükafatına layiq görülüb.
 IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.





Baxış sayı: 1 948
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30