FACT-INFO.AZ » CƏMİYYƏT » Hikmət Şikarov: Nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaq
15-05-2019, 10:25 | CƏMİYYƏT
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaq

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb dairələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirən bir qrup mühacirin qəfildən peyda olub şou yaratmaq cəhdləri bir daha həmin ünsürlərin xalqımıza və dövlətimizə qarşı ermənilərlə eyni səngərdə yer aldığını təsdiqləmiş oldu.

Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Nəticədə isə Azərbaycanın dünyada nüfuzunun artmasından, daim yüksələn xəttlə artan inkişafından, anbaan güclənməsindən və bölgənin super inkişaf etmiş ölkəsi olmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatlıq hissi keçirən xarici və daxili məkrli dairələr radikal düşmən möqeyində dayanaraq Azərbaycana və xalqımıza qarşı kəskin şəkildə qərəzli olduqlarını və Azərbaycanın beynəlxalq arenadakı uğurlarını gözlərinin götürmədiyini öz əməlləri ilə sübut eləyirlər.

Belə olan təqdirdə isə Azərbaycanın qazandığı uğurların miqyası artdıqca Avropaya sığınıb ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirən "siyasi mühacirlər" də milli maraqlarımızı düşmən erməniyə satmaqla bir daha mənəviyyatsızlıqlarını nümayiş etdirirlər. Məlum olduğu kimi belə ünsürlərin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa yönəlib. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər. Eyni zamanda da unudurlar ki, öz havadarlarının icazəsi olmadan bir fikir bildirə bilməyən kəslər heç bir zaman ictimai rəyi çaşdıra bilməz və beynəlxaq ictimaiyyətdə artıq formalaşmış olan imicimizi heç cürə ləkələyə bilməzlər.

Təbii ki, məlum çevrələrin vaxtaşırı olaraq, Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirdiyini, xüsusilə əhəmiyyətli tədbirlər ərəfəsində onların fəallaşmağa başladığını nəzərə alsaq, heç şübhəsiz, ölkəmizi nüfuzdan salmağa çalışan qüvvələr öz çirkin əməllərini bundan sonra da davam etdirməyə çalışacaqlar.

Ona görə də, Azərbaycan xalqı onların belə tərbiyəsizlik və mənəviyyatsızlıqlarına cavab olaraq Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək sabitlik şəraitində, sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza atacaq. Buna cavab olaraq isə birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri




Baxış sayı: 1 931
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30