FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən iddiaların heç bir əsası yoxdur
13-05-2019, 09:40 | CƏMİYYƏT
Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən iddiaların heç bir əsası yoxdur

Bunun nəticəsidir ki, ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Belə tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi isə təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyinin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Ölkə başçısının da əsas məqsədi odur ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun. Bunun üçün də potensialımız var, ən böyük gücümüz isə ictimai-siyasi sabitliyin və dinamik inkişaf tempinin qorunub - saxlanılmasındadır.

Bütün bunlar nəticə etibarı ilə Azərbaycanı dünya üçün cəlbedici edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil. Beynəlxalq tədbirlərin keçirilməsi isə mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rol oynayır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən bu məqamlara mütləq fikir verirlər. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir.

Bu tədbirlərin Azərbaycanda keçirilməsi, bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırır. Azərbaycan tolerant ölkədir və dünyada əhəmiyyətli rola malikdir. Ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib və bundan sonra da edəcək. Bu, Azərbaycanın dünya birliyinə verdiyi önəmin bir nümunəsidir. Azərbaycan dünya, beynəlxalq aləm üçün nə qədər əhəmiyyət kəsb etdiyini bu tədbirlərlə, apardığı siyasətlə təsdiq edib. Ölkəmizin bu gün dünyada etibarlı tərəfdaş kimi tanınması, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur.

Artıq Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbirləri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili, 2015-ci ildə I Avropa Oyunları, 2017 - ci ildə İslam Həmrəylik Oyunları, Formula-1 yarışları ölkəmizə böyük imic qazandırmışdır. Təbii ki bu yarışların Bakıya həvalə edilməsinə böyük etimad, Azərbaycana olan inamdan doğmuşdur. Belə olan təqdirdə isə ölkəmizin dinamik inkişafını, müstəqil və prinsipial siyasət həyata keçirməsini, milli maraqlarını qorumasını həzm edə bilməyən müəyyən qərəzli mərkəzlər də ortaya çıxır.

Bunlar isə ölkəmizə qarşı hələ də ikili standartlardan çıxış edən dairələrdir. Azərbaycanın bugünkü inkişafından narahat olan qüvvələr hər dəfə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən bir fürsət kimi istifadə edərək öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının da başlıca səbəbi odur ki, biz müstəqil siyasət yürüdürük. Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirir. Bu dəfə də mayın 29-da Bakıda UEFA Avropa çempionatının finalının keçirilməsi ətrafında Azərbaycan əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası aparılaraq beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.

Lakin anlamırlar ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil. Çünki anti-Azərbaycan dairələrinin irəli sürdüyü iddialar tamamilə əsassızdır, Azərbaycan insan hüquqlarını ən yüksək səviyyədə təmin edən ölkədir və milliyətindən, dinindən və dilindən asılı olmuyaraq indiyə kimi ölkəmizdə keçirilən yarışlarda iştirak edən hansısa bir idmançı ilə bağlı problem yaşanmayıb. İlk dəfə deyil ki, erməni oyunçu bizim ölkədə iştirak edir. Bu dəfələrlə olmuşdur və onların təhlükəsizliyi təmin edilmiş, hətta mükafatları ölkə rəhbəri tərəfindən onlara təqdim edilmişdir. Buna görə də növbəti dəfə belə bir əsassız fikirlərin səsləndirilməsinin heç bir əhəmiyyəti yoxdur.

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov




Baxış sayı: 1 539
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031