FACT-INFO.AZ » CƏMİYYƏT » Əbədiyaşar Heydər Əliyev dühası
6-05-2019, 10:20 | CƏMİYYƏT
Əbədiyaşar Heydər Əliyev dühası

Dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi.

Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu . Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı.

Bütövlükdə, Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu, təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Hər il həmin gənclərlə də görüşürdü. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün atdıqları addım idi.

Daha sonra isə Ulu öndərimiz Kremldə yüksək vəzifəyə irəli çəkildi. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması çox yüksək bir qərar idi. Yəni xalqımızın oğlu bu dövlətin rəhbərlərindən biri oldu. O, Moskvaya vəzifəyə getsə də, Azərbaycanı unutmadı, respbulikanın problemlərinin həlli ilə yaxından məşğul olurdu. Eləcə də, SSRİ miqyasında çox böyük işlər gördü. Bunun nəticəsidir ki, keçmiş SSRİ respublikalarında bu gündə Heydər Əliyev böyük hörmətlə xatırlanır. Hələ də belə fikir səslənir ki, əgər Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu dövlətin taleyi başqa cür olardı. Keçmiş SSRİ-nin xarici işlər naziri Qromıkonun oğlu öz kitabında yazırdı ki, atam Heydər Əliyevi yüksək təşkilatçılıq bacarığı, insanları arxasınca aparmaq qabiliyyəti olan nüfuzlu şəxsiyyət kimi xarakterizə edib. Qromıko da etiraf edib ki, məhz müsəlman-azərbaycanlı olduğu üçün Heydər Əliyevin SSRİ-nin rəhbəri seçilməsi mümkün olmayıb.

Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Təsəvvür edin ki, o zaman parlamentdə hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.

1990-cı illərin əvvəlində isə - olduqca mürəkkəb bir mərhələdə, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçıların fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti bir lider kimi Heydər Əliyevin, bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu. Milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu, Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı.

Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. Bütün bunlar Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində mümkün oldu.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə ədaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. Çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin caynağından həmişəlik xilas edilib. Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

Təbii ki Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları qısa bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Şübhəsiz ki, Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək də qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Çox sevindirici haldır ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü tezliklə bərpa edəcək, soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri




Baxış sayı: 1 754
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir 10-05-2026, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" 10-05-2026, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! 10-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" 10-05-2026, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031