İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə təxminən 20 milyard dollar sərmayə qoyub” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının xüsusi nəşri olan “Market Analysis Azerbaijan 2019” jurnalından məlumatlar yer alıb.
Məqalədə bildirilir ki, Azərbaycan 2025-ci ilədək neft-qaz sektoruna 20 milyard dollardan çox investisiya qoyacaq.
Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılmasının planlaşdırılması diqqətə çatdırılır. Qeyd edilir ki, yatağın işlənməsinin I mərhələsində ildə 1,5 milyard kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulub. "Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.
Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.
Baxış sayı: 1 251
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

