Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi, Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş, xalqımızın tarixində önəmli yeri olan böyük şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən "Azərbaycan elm və irfan sərdarları" kitabının təqdimatı keçirilib.
Muxtar Cəfərlinin müəllifi olduğu kitaba professor Teymur Əhmədov rəy verib. “Nurlar” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabda Xətib Təbrizi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Seyid Cəmaləddin, Məhəmməd Füzuli və digər görkəmli söz və fikir adamlarının yaradıcılığından söz açılır.
Təqdimatda Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Bildirilib ki, kitab müəllifin uzun zamandan bəri "Füyuzat" dərgisində dərc olunan silsilə məqalələri əsasında tərtib edilib. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan , işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan ədiblərindən söz açıb.
Vurğulanıb ki, müəllif oxucunu elmli olmaqla yanaşı, sözün geniş mənasında əxlaqlı davranışa səsləyir.
Baxış sayı: 2 561
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

