FACT-INFO.AZ » CƏMİYYƏT » Qənirə Paşayevadan mühüm çağırış
23-06-2015, 10:50 | CƏMİYYƏT
Qənirə Paşayevadan mühüm çağırış

Millət vəkili Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsi sədrini Avropa Məhkəməsinin Azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün Ermənistana təzyiqə çağırıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Bosniya-Hersoqovinanın xarici işlər naziri İqor Crnadak çıxış edərək AŞNK-nin fəaliyyəti barədə Assambleya üzvlərinə hesabat verib və Avropalı parlamentarların suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Nazirlər komitəsi sədrinə sualında AŞPA Nazirlər Komitəsi sədrini Avropa Məhkəməsinin Azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün Ermənistana təzyiqə çağırıb.O deyib:"Cənab sədr, Srebrenitsa soyqırımının acılarını yaşayan bir ölkənin təmsilçisi olaraq siz Azərbaycanın Xocalı soyqırımı,torpaqlarının işğalı zamanı yaşadığı acıların nə qədər ağır olduğunu bilirsiniz. 20 ildən artıqdır ki, Ermənistan təşkilatın bütün prinsiplərinə zidd olaraq Azərbaycanın torpaqlarını işğal altında saxlayır. 
İyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar çıxarıb. Avropa Məhkəməsinin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq Avropa Şurası Nazirlər Komitəsinin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Evinə dönə bilməyən məcburi köçkünlər sizdən dəstək gözləyir. Avropa Məhkəməsinin bu qərarının Ermənistan tərəfindən yerinə yetirilməsi istiqamətində hansı addımlar atacaqsınız? Azərbaycanlı məcburi köçkünlər Avropa məhkəməsinin onlarla bağlı qərarının yerinə yetirilməsi istiqamətində bir sədr kimi konkret addımlar atacağınıza, ciddi səylər göstərəcəyinizə ümid edə bilərlərmi? Cənab sədr, siz nazirlər komitəsinə sədrliyiniz dövründə Azərbaycana səfər edib, evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməyi planlaşdırırsınızmı?
Millət vəkili Qənirə Paşayevanın suallarını cavablandıran AŞPA Nazirlər Komitəsi sədri İqor Crnadak AŞNK-nin prosedur qaydaları üzrə AİHM-nin bu qərarlarının da icrasına nəzarət edəcəyini bildirdi. 
“Bəli, dediyiniz kimi, iyunun 16-da AİHM Azərbaycan vətəndaşlarının Ermənistana qarşı və Ermənistan vətəndaşının Azərbaycana qarşı iki iş üzrə qərar çıxardıb. Bu işlər Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın və məcburi köçkün düşmüş insanların şəxsi əmlakı ilə əlaqədar olan işlər idi. Məhkəmə də bu şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirərək, və məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün qərarlar verib ki, hər ölkə qaçqın və məcburi köçkünlərin əmlakı ilə bağlı xüsusi mexanizmlər işləyib hazırlasın. Nazirlər Komitəsi isə öz növbəsində təbii ki, bu məhkəmə qərarlarının icra edilməsi istiqamətində öz nəzarət fəaliyyətini aparacaq və əlbətdə ki, bizim də sədirliyimiz bu məsələnin nəzarətinə xüsusi diqqət ayıracaq. 
Avropa İnsan Haqları Kovensiyasının 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarları dövlətlərin üzərinə öhdəliklər qoyur və buna görə də məsələnin sülh yolu ilə həll edilməsi üçün əlavə səylərin göstərilməsinə ehtiyac var. Bu da hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupunun, o cümlədə Azərbaycan və Ermənistan dövlətlərinin öhdəliyinə aid olunan məsələlərdir. Avropa Şurasının da bu məsələdə müəyyən öhdəlikləri var. Üzv dövlətlərə səfər etmə məsələsinə gəldikdə, mən şəxsən öz adımdan, bizim sədrliyimiz adından onu deyə bilərəm ki, biz bütün üzv ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

 

 

 

 

 



Baxış sayı: 2 061
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30