FACT-INFO.AZ » CƏMİYYƏT » Aprel döyüşləri sübut etdi ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur
3-04-2019, 08:00 | CƏMİYYƏT
Aprel döyüşləri sübut etdi ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur

İlk növbədə, onu qeyd etmək lazımdır ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun növbəti təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələrinin məhdud sayda şəxsi heyəti ermənilərin keçilməz hesab etdiyi istehkamı qısa müddət ərzində darmadağın etməklə Ermənistan cəmiyyətində uzun müddət idi ki, hakim olan məğlubedilməzlik mifini alt-üst etdi. Bəlli oldu ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. O qeyd edib ki, Azərbaycan vətəndaşları hərbi xidmətə getmək, döyüşə atılmaq üçün qoşunların təmas xəttinə axışdığı zaman ermənilər nəinki səngəri, hətta döyüş bölgəsindən xeyli uzaqda olan evlərini belə tərk edərək qaçdılar. Ekspert əlavə edib ki, Aprel döyüşlərində Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhu və peşəkarlığı ilə yanaşı, Silahlı Qüvvələrimizin arsenalında olan hərbi texnika və silah-sursatın da Ermənistan ordusunun şəxsi heyətindən və hərbi-texniki potensialından dəfələrlə üstün olduğu bir daha öz təsdiqini tapdı. Aprel döyüşləri Ermənistan silahlı qüvvələrindən kütləvi istefalara səbəb oldu, cəmiyyətlə yanaşı, Ermənistanın siyasi hakimiyyəti də silkələndi. Nəticədə ölkə rəhbərliyi hakimiyyətdən qovuldu. Müəyyən bir zaman kəsiyindən sonra Ermənistan ordusunda korrupsiyanın, nizamsızlığın misli görünməyən bir səviyyədə olduğu ictimaiyyətə açıqlandı və bu da Ermənistan ordusunun real və acınacaqlı durumunu ortaya qoydu. Aprel döyüşləri Ermənistanda hakimiyyətin siyasi səhnədən gedişini stimullaşdırmaqla yanaşı, bu ölkədə tayfa-klan münasibətlərinin mövcud olduğunu sübuta yetirdi və ayrı-ayrı qüvvələrin əslində bir-birinə qarşı nifrət bəslədiyini nümayiş etdirdi. Məlum oldu ki, Ermənistanda milli birlik deyilən bir anlayış yoxdur. İllərdən bəri görünən birlik isə əslində həmin dövrdə hakimiyyətdə olan klanın yaratdığı və real əsası olmayan bir görüntüdür. Bu hadisədən 3 il keçməsinə baxmayaraq, Ermənistan cəmiyyəti bu gün də Aprel döyüşlərindən danışır, aparılan total ideoloji təbliğat bu hadisələrin yenidən təkrarlanması xofunu sıradan çıxara bilmir. Azərbaycan cəmiyyəti isə Aprel döyüşlərindən təkcə hərbi üstünlüklə çıxmadı, həm də monolitliyini, döyüş və qələbə əzmini, bütün keyfiyyətləri, gücü və potensialı ilə Ermənistandan və erməni cəmiyyətindən dəfələrlə üstün olduğunu sərgilədi.




Baxış sayı: 1 258
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30