FACT-INFO.AZ » İQTİSADİYYAT » Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
19-03-2019, 10:55 | İQTİSADİYYAT
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sistemli və təhlili yanaşaraq hökumətin keçən ilki fəaliyyətini geniş şərh edib. Hesabatdan belə qənaət əldə edilir ki, ötən il hökumət öz fəaliyyətini ölkənin strateji inkişaf kursuna uyğun aparıb. Bunun fonunda Prezidentin qarşıya qoyduğu vəzifələri tam olaraq həyata keçirməyə çalışıb. Nəticədə, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Baş nazirin məruzəsinin analizi göstərir ki, Azərbaycan 2018-ci ildə mühüm uğurlar qazanıb. Onların geniş təhlili üzərində dayanmağa ehtiyac görürük.

İctimai-siyasi və sosial-iqtisadi həyat: Baş nazirin müasir yanaşması

Ekspertlər Azərbaycan hökumətinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı maraqla gözləyirdilər. Həm yeni Baş nazirin Milli Məclisdəki məruzəsi, həm də ziddiyyətlərlə dolu olmuş keçən ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərin konkret rəqəmlərdə ifadəsi maraq doğururdu. Öncədən deyək ki, bu sanballı hesabatda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursun ümumi ruhu ilə yanaşı, reallaşan proqramların analizi və konkret nəticələr lakonik və dolğun ifadə edilib.

Baş nazir Novruz Məmmədov ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatını bir-biri ilə sıx bağlılıqda təqdim etməklə hesabat ilində məsələyə sistemli yanaşmanın mövcud olduğunu nümayiş etdirib. Novruz Məmmədov məruzəsində bu bağlılıqda vurğulayıb: “2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçmişdir. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişlər. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirmiş, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir”.

Bizcə, bu fikirlərdə hökumətin öz fəaliyyətinə məsuliyyətli və hərtərəfli yanaşması yığcam şəkildə ifadə edilib. Bu yanaşmanın mənbəyini isə Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin məzmunu təşkil edir. Baş nazir ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında açar rolunu oynayan hadisələri dəqiq ifadə edib. İlk olaraq, Baş nazir ölkənin ictimai-siyasi həyatında əsas hadisələr kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini və prezident seçkilərini göstərməklə 2018-ci ildə dövlətçilik ənənəsi ilə müasir idarəetmə arasında məntiqi bağlılığı ifadə edib. Keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edən xalqımız, eyni əminlik, sədaqət və iradə ilə İlham Əliyevə səs verdi. Yəni Azərbaycan xalqı 2018-ci ildə bir daha tarixi seçimini hansı meyarlar əsasında etdiyini bütün dünyaya göstərdi. Bu məqam 2018-ci ildə ictimai-siyasi və sosial-iqtisadi uğurların təməlində durur.

Bu sırada Baş nazir dövlətimizin başçısının Azərbaycan hökumətinin yeni tərkibini müəyyənləşdirməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Konkret ifadə etsək, Azərbaycanda bütün sahələrdə fəaliyyət tam olaraq hüquqi təmələ dayanır. Prezident İlham Əliyev nəzərdə tutduğu proqramları reallaşdıra biləcək hökuməti formalaşdırmağa nail olub. Məruzənin sonrakı hissələrində bu cür yanaşmanın verdiyi töhfələr konkret faktlarla və sistemli olaraq təqdim edilir. Bunun üçün Nazirlər Kabinetinin öz fəaliyyətini Prezidentin müəyyən etdiyi strateji vəzifələr və hədəflər əsasında qurduğu ifadə edilib. Məsələnin başqa vacib aspekti "...yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradılması" ilə bağlıdır. Burada Baş nazir ölkənin daxili və xarici siyasəti arasında sıx bağlılığın 2018-ci ildə də xüsusi məzmunda davam etdiyini önə çəkib. Müasir demokratik idarəetmə baxımından bu, heç şübhəsiz, mühüm müddəadır.

Bu baxımdan Novruz Məmmədovun hesabat ilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara, ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilməsinə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" adlı sənədə diqqət yönəldərək, onları "düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi" qiymətləndirməsi çox əhəmiyyətlidir.

Prezident tapşırıqları və hökumətin fəallığı: faktların dili ilə

Fikirlərinə davam edərək, Novruz Məmmədov 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışının, Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirilməsinin, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin enerji təhlükəsizliyi və geosiyasi, geoiqtisadi mənzərə üçün əhəmiyyətini vurğulamaqda tam haqlıdır. Çünki bu faktlar həm geosiyasi dinamikada Azərbaycanın fəallığını, həm də ölkənin regional əməkdaşlıqda tam səmimiyyətini əks etdirir.

Dövlət başçısının reallaşdırdığı bu cür əhəmiyyətli siyasətə Nazirlər Kabineti də imkanları daxilində ciddi dəstək verib və qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Bu fəaliyyətə ən düzgün və obyektiv qiyməti Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındakı nitqində verib. Dövlət başçısı "hökumətin fəaliyyətini dərindən və hərtərəfli təhlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirmişdir".

Baş nazir bunları konkret faktlar əsasında göstərib. Məsələn, 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. O cümlədən qeyri-neft sektorunda artım 1,8 faiz olub. "Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb". Novruz Məmmədov bu bağlılıqda xüsusi vurğulayıb ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib. Bu, gənc müstəqil dövlət üçün ciddi uğurdur. Konkret olaraq o deməkdir ki, Azərbaycan artıq daxili potensial hesabına inkişaf prosesini daha da gücləndirib. Bu, Cənubi Qafqaz üçün bir nümunədir.

Bundan başqa, 2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olub. Bunun fonunda əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları isə artaraq 45 milyard ABŞ dolları olub. "Ötən il icmal büdcənin gəlirləri 31,4 milyard manat, xərcləri isə 26,3 milyard manat olmuş və ümumi daxili məhsula nisbətdə 6,4 faiz büdcə artıqlığı (profisit) əldə edilmişdir".

Fikirlərini inkişaf etdirərək Baş nazir ifadə edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur". Bu, Azərbaycanın sosialyönümlü bir dövlət olduğunu təsdiq edən çox maraqlı və aktual qənaətdir. Təsadüfi deyildir ki, Azərbaycanın inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Bu baxımdan Baş nazirin konkret faktlarla cəmiyyətin aztəminatlı kəsminin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları göstərməsi təqdirəlayiq sayılmalıdır.

Bu kontekstdə Novruz Məmmədov qeyd edib ki, əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını əhatə edib. "Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artmışdır". Xüsusi proqramın həyata keçirilməsi ilə 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyəti yüksəldilib. İl ərzində əlillərə və şəhid ailələrinə dövlət qayğısı daha da artıb. Müxtəlif sosialyönümlü proqramlar uğurla həyata keçirilib.

Novruz Məmmədov məruzəsində bütövlükdə cəmiyyətin hər bir sferasını əhatə edən proqramların verdiyi konkret nəticələri ifadə edib. Buraya enerji layihələri, nəqliyyat marşrutları, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və s. sahələr daxildir. Onların reallaşması Azərbaycanın milli təhlükəziliyini təmin etməkdə ciddi rol oynayıb. Bu baxımdan sahibkarların fəaliyyətinin hüquqi bazasının daha da təkmilləşdirilməsi və biznes mühitinin xeyli yaxşılaşdırılması da böyük əhəmiyyət kəsb edir.

Baş nazir xüsusi vurğulayıb ki, "2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılmışdır". Bu faktlar ölkənin müdafiə qüdrətinin 2018-ci ildə daha da artdığını əyani olaraq təsdiq edir.

Nəhayət, Baş nazir 2018-ci ildə hökumətin fəaliyyət proqramının əsasını konkret ifadə edib. Novruz Məmmədov vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı konseptual xarakterli çıxışında müəyyən etdiyi vəzifələri hökumət özünün fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvələrini və imkanlarını bu tapşırıqların icrasına səfərbər etmişdir". Buradan məntiqi bir nəticə alınır: 2018-ci ildə Azərbaycan hökumətinin əldə etdiyi nəticələr Prezidentin tapşırıq və göstərişlərinə ciddi əməl etməklə sıx bağlıdır. Hökumət dövlət başçısının apardığı siyasəti və həyata keçirdiyi proqramları var gücü ilə dəstəkləyir. Və bu proses daha da güclənəcək! Newtimes.az




Baxış sayı: 1 529
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930