Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl OPEC baş katibinin ölkəmizə səfəri zamanı irəli sürülən “OPEC plus” tədbirlərindən birinin Bakıda keçirilməsi təklifinin reallaşmasını Azərbaycanın bu format çərçivəsində roluna diqqətin göstəricisi hesab etdiyini vurğulayıb. Görüşdə hər iki ölkənin yeni “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində götürdükləri öhdəliklərin icra səviyyəsi, qlobal enerji bazarının vəziyyəti və Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində görülən işlər ətrafında müzakirələr aparılıb.
Kanat Bozumbayev “Kaşaqan”, “Tengiz” və digər yataqların işlənməsi, yaxın gələcəkdə əlavə həcmlərin dünya bazarına nəqli üçün nəzərdən keçirilən marşrutlar barədə fikirlərini bölüşüb. Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti və mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Kanat Bozumbayev Azərbaycanın energetika nazirini 2019-cu ilin sentyabrında Astanada keçiriləcək “Qazaxıstan enerji həftəsi”nə dəvət edib.
Baxış sayı: 1 417
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

