UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC Brand Ambassador” statusu veriləcək. Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə “Əlaçı”, “Həvəsləndirici” və “Adi” təqaüdlər veriləcək.
UNEC-də təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan yeni qaydalar qəbul edilib. Belə ki, nüfuzlu və yüksək impakt faktorlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manata qədər qonorarların verilməsi ilə bağlı UNEC-də tətbiq olunan qaydalar universitetin bakalavr, magistr və doktorantlarına da şamil ediləcək. Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat aparan UNEC müəllimlərinin əmək haqları yeni qaydalara əsasən hesablanacaq. Həmin müəllimlərin tədqiqat apardıqları müddətdə əmək haqları tam olaraq ödəniləcək.
Baxış sayı: 1 429
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

