Həm leqal miqrasiya, həm də turizm xəttində təhlükəsizliyə təhdidlərin qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Trend-in məlumatına görə, bu barədə politoloq Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, ümumilikdə həm leqal miqrasiya, həm də turizm xəttində təhlükəsizliyə təhdid mövcuddur:
"Məhz buna görə də leqal miqrasiya və turizm xəttində təhlükəsizliyə təhdidlərin qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir və keçirilməlidir. Məlum məsələdir ki, viza tələb olunan dövlətlərdə bunu xüsusi xidmət orqanları həyata keçirə bilir. Vizasız rejimdə isə səfər edən xarici ölkə vətəndaşları barədə, ümumiyyətlə, zəruri məlumatlar haqqında baza yaradılmalıdır. Çünki son vaxtlar baş verən hadisələr göstərir ki, dünyanın bir sıra dövlətlərində terror aktları törədilərkən, istərsə də digər təhlükəsizliyə təhdid məsələlərində həm turizm, həm də miqrasiya xəttindən istifadə olunur. Bunun da qarşısını almaq üçün kompleks tədbirlər görülməli, əməliyyat şəraitinə nəzarət edilməli, həm vizasız, həm də viza ilə gələn vətəndaşların özlərinin də təhlükəsizliyinin qorunması istiqamətində müvafiq addımlar atılmalıdır. Bu, həm hüquq-mühafizə orqanlarının, həm Xarici İşlər Nazirliyinin, həm də Miqrasiya Xidmətinin üzərinə düşən birbaşa məsələlərdir".
Politoloq vurğulayıb ki, son vaxtlar Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, eləcə də idman yarışlarına ev sahibliyi edir: "Təbii ki, biz ölkəmizə xoş məramla gələnləri həmişə qarşılamağa hazır olan bir dövlətik. Bildiyiniz kimi, Azərbaycanda da sadələşdirilmiş viza rejimi tətbiq olunur. Bunu dövlət rəhbərliyi də nəzarətdə saxlayır. Ümumiyyətlə, yuxarıda sadalananları nəzərə alaraq, hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları bütün bu məsələləri daim nəzarətdə saxlamalıdır".
Baxış sayı: 1 375
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

