Ukraynada fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqləri şəbəkəsinin işçi heyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər. Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “SOCAR Energy Ukraina”nın yanacaqdoldurma məntəqələrində bayraqlar endirilib, faciə qurbanları yad edilib.
Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanıb. Videoçarxda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən XX əsrin dəhşətli faciəsi haqqında maarifləndirici məlumatlar, statistik rəqəmlər, soyqırıma dair fotolar əks olunub. “SOCAR Energy Ukraina” şirkətinin keçirdiyi aksiya YDM-lərdən istifadə etmiş insanlarda faciə ilə bağlı təsəvvürün yaradılmasında xüsusi rol oynayıb və onlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə biliblər.
Baxış sayı: 1 248
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

