Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.
Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
“Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir. Qeyd edək ki, hər il 630-650 min ziyarətçi, minlərlə iştirakçı, 32 min mütəxəssis kənd təsərrüfatındakı yeniliklərlə tanış olmaq üçün bu beynəlxalq sərgiyə qatılır. Builki sərgi martın 3-dək davam edəcək.(Azərtac)
Baxış sayı: 1 255
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

