FACT-INFO.AZ » CƏMİYYƏT » Yaddaşımdakı Ağa Laçınlı
20-02-2019, 09:45 | CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz və unudulmaz qələm dostlarımın bir vaxt avtoqrafla mənə hədiyyə etdiyi kitablarını məhəbbətlə qoruyub saxlayıram. O kitabların arasında şair Ağa Laçınlının "Yazıçı" nəşriyyatında 1981-ci ildə çapdan çıxmış və müəllifin 7 İyun 1982-ci ildə "Vətənin gözəl guşəsində, el-obasında maarif, mədəniyyəti təlqin edən istedadlı yazıçı, büllur şəxsiyyət, etibarlı dost olan Aydın Tağıyev yüz yaşasın... Həmişə də düz yaşasın" ürək sözləri ilə yazıb mənə bağışladığı "Sevgimizlə sevindirək" adlı kitabı da var. Həmin kitabı yenidən vərəqləyə-vərəqləyə unudulmaz şairimiz Ağa Laçınlı ilə ilk görüşümü xatırlayıram. Ağa müəllim qələm dostu Əhəd Muxtar ilə bizim Şabrana (keçmiş Dəvəçi) 1975-ci ilin yay aylarında o zaman AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun xəttilə oxucuların görüşünə gəlmişdi. Rayonun neçə-neçə kəndində olduq, elə o vaxtdan da aramızda ünsiyyət, səmimi münasibətlər yarandı.

Bakıya yolum düşəndə onunla ən çox Azərbaycan Yazıçılar Birliyinin qarşısındakı bağda rastlaşar, görüşüb söhbətləşərdik. 1978-ci il iyun ayının 22-də unudulmaz dostum Səyavuş Sərxanı ilə bir yerdə idik. Səyavuş bildirdi ki, bəs bu gecə qatarla Ağa Laçınlı və 60-cı illərdə oxucular arasında məşhur olan "Ata laylası" povestinin müəllifi, yazıçı Faiq Dərgahovla Şəmkirə oxucularla görüşə gedəcəyik. Qatarın yola düşməsinə çox qalmışdı və Səyavuş yır-yığış üçün evə yollandı. Qayıdanda halı özündə deyildi, demə, evdə Səyavuşa məlum olub ki, atası Əli kişi qəflətən vəfat edib, sabah da dəfnidir. Təbii ki, mən də Səyavuşa qoşulub Şəmkirə getməliydim. Vağzalda qatarın tərpənməsinə az qalmış Ağa Laçınlı ilə Faiq Dərgahov da gəlib çıxdı. Onlar da məsələdən halı oldular, əlbəttə, oxucularla heç bir görüşdən daha söhbət gedə bilməzdi. Səyavuş Sərxanlı nə qədər desə də, Ağa Laçınlı və Faiq Dərgahovu fikirlərindən döndərə bilmədi. Hər iki sənətkar bizə qoşulub Şəmkirə yollandılar. İxtiyar atanın dəfnində iştirak edib sonra Bakıya geri qayıtdılar.

Qeyd edim ki, Səyavuş Sərxanlı sonralar bunları "Şəmkir şikəstəsi" adlı publisistik yazısında qələmə aldı. Ağa Laçınlı o illərdə BDU-nun filologiya fakültəsində, dekanlıqda çalışırdı. Rayondan Bakıya gəlib elə həmin gün də geri dönəcəyimdən üz tutduğum ünvan yalnız Yazıçılar Birliyi, o binada yerləşən ədəbi jurnalların redaksiyaları olardı və təsadüfən o məkanda rastlaşdığım Ağa Laçınlı, məsafəcə uzaq olsa da, iş yerinə gedib onunla görüşməməyimə görə ərkyana umu-küsü edər, sözünün lap sonunda da: - Etibarlı ol, ay Aydın, etibarlı ol! - deyərdi. Çünki Ağa Laçınlı özü etibarlı kişi idi.

Aradan neçə illər keçmişdi, uzun müddət idi, Ağa müəllimi görə bilmirdim, ancaq o illərdə tez-tez görüşdüyüm unudulmaz dostum Ələkbər Salahzadədən eşitmişdim ki, Ağa müəllimlə qonşudurlar, bir binada yaşayırlar. Ələkbər müəllimdən Ağa Laçınlının həm əhvalını soruşur, həm də salam yollayırdım.

İş belə gətirdi ki, BDU-da təhsil alan oğlum mühazirədə cavan professorun xətrinə toxunub, təhrif edib söylədiyi şeirə düzəliş veribmiş. Əlbəttə, bu da tələbələrin qarşısında müəllimə bərk toxunub. Professorla arasındakı bu soyuqluqdan tələbə oğlum da imtahan ərəfəsində həyəcana düşmüşdü. Professorla tələbə arasındakı buzu əritmək, professoru tələbə ilə barışdırmaq lazım idi.

Dostlardan öyrəndim ki, həmin professor Ağa Laçınlı ilə yaxındır. Əhvalatı Ələkbər müəllimə danışmışdım. O da Ağa müəllimi məsələdən agah edir. Ağa müəllim elə Ələkbər müəllimin vasitəsilə oğlumla görüş təyin edir. Və əyləşdiyi otağa girən onlarla tələbə arasında Ağa Laçınlı heç vaxt üzünü görmədiyi bir cavanı dərhal tanıyır: "Sən Aydının oğlusan da", sonra da tələbəni qabağına qatıb qonşu binaya, Elmlər Akademiyasında çalışan professorun yanına yollanır...

Sonrasını oğlum danışırdı ki, Ağa müəllim mənimlə həmin professorun kabinetinə girərkən iddialı professor Ağa müəllimi görən kimi yerindən dik qalxıb qabağına yeriyərək ikiəlli görüşdü və təbii ki, mənə də əl uzatdı. Ağa müəllim: - "Yanına dostumun oğlu ilə gəlmişəm" - dedi. Əl-ayağa düşən professor: - "Ağa müəllim, niyə əziyyət çəkirdiniz - dedi, - xəbər yollayaydınız, özüm gələrdim..."

Ağa Laçınlı bax belə kişi idi. Qəbri nurla dolsun!

Aydın TAĞIYEV




Baxış sayı: 1 995
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30