Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasında deyib. O qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur: “Bu sənədin imzalanması Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir. Əsas məqsəd hüquqi statusun qorunmasıdır”.
İşçi qrupunun fəaliyyətindən danışan X.Xələfov bildirib ki, qrupun əsas tapşırıqları ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsidir: “İclas zamanı iştirakçılar işçi qrupunun iş prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsini müzakirə edəcəklər. Həmçinin Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq”.
Baxış sayı: 1 161
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

