FACT-INFO.AZ » CƏMİYYƏT » Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları
15-02-2019, 09:05 | CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı "hesabat" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reytinq cədvəli" bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda "Freedom House" yenə də bu forpost dövləti "qismən azad" hesab edir. Eyni zamanda, Azərbaycana qarşı yenə də ikili standartlarla davranır. Bu qədər ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq da olarmış! Qəribədir ki, özünü demokratiyanın beşiyi sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə "ulaq inadkarlığı" göstərilir. Burada adi bir məqamı anlamaq istəmirlər: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur? Biz bu məsələ üzərində bir qədər geniş dayanmaq qərarına gəldik.

Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

"Freedom House" yenə səhnədədir. 2019-cu illə bağlı növbəti "hesabat"ını hazırlayıb. Bu dəfə də ənənədən kənara çıxmayıb. Qərəzli və ikili standartlara uyğun qiymətləndirməsini edib. Bu qeyri-ciddi "müstəqil" təşkilat növbəti dəfə Ermənistanı "qismən azad", Azərbaycanı isə "qeyri-azad" ölkə kimi təqdim edib. Bu "mahnı" bizə məlumdur, onu kimlərin "bəstələdiyini" də bilirik. Ancaq məsələnin maraqlı tərəfləri də mövcuddur. Belə görünür ki, Qərbdəki bəzi dairələr ədalət hissini və rasionallığı tamamilə itiriblər.

Onlar adi məntiqi səhvlərə belə yol verirlər. Əslində, bu gözlənilən haldır. Çünki başqası haqqında hədyan danışanın nə yaddaşı ola bilər, nə də sağlam məntiqi; mütləq silsilə olaraq səhvlər etməlidir. "Freedom House" da bu sıraya aiddir. Onun bədnam "reytinqi"nə nəzər salmazdan öncə, bəzi faktları xatırlayaq.

Cəmi bir neçə ay öncə Qərbin siyasi dairələri Ermənistanda S.Sarkisyan dönəmində seçki saxtakarlığı, korrupsiya, insan haqlarının tapdanması kimi halların baş alıb getdiyindən bəhs edib seçki saxtakarlığının nəticəsi kimi 2008-ci il 1 mart hadisələrini göstərdilər. O zaman Ermənistanın güc strukturları etiraz edən insanları güllələmişdilər, nəticədə, 10 nəfər nümayişçi həlak olmuşdu. Ancaq Avropanın siyasi dairələri və QHT-ləri bir ağızdan qışqırdılar ki, "Ermənistanda seçki beynəlxalq standartlara uyğun keçirilib". "Freedom House"un siyahısında da bu ölkə "qismən azad ölkələr" qrupunda göstərilmişdi.

Sonra insan haqlarının tapdandığının konkret nümunəsini indiki baş nazir N.Paşinyan göstərir. Belə ki, o, bir neçə il günahsız həbsdə olduğunu iddia edir və bu səbəbdən Ermənistanın o zamankı rəhbərliyini (S.Sarkisyan, R.Koçaryan və b.) istintaqa cəlb edir. Şübhəsiz, minlərlə başqa nümunələr də var. Ancaq N.Paşinyan olayı ayrıca mövzudur. Çünki Ermənistanın baş naziri açıq etiraf edir ki, bu ölkədə onun haqları pozulub. Lakin "Freedom House" yenə də Ermənistanı "qismən azad" olanlar qrupunda göstərir.

Daha sonra, korrupsiyanın erməni siyasi mühitini və cəmiyyətini dərindən bürüdüyü haqqında ekspertlər çoxdan yazırlar. Korrupsiya olan yerdə addımbaşı cinayət törədilir, insanların azadlıqları ciddi surətdə məhdudlaşdırılır. Məsələn, bu vəziyyətdə sahibkarlıq fəaliyyəti sərbəst ola bilməz. Qruplaşmalar, ticarətdə və biznesdə proteksionizm, yerlibazlıq, haqsızlıq baş alıb gedir. Xarici sərmayədarlar da ölkəyə kapital qoymur. Bütövlükdə cəmiyyət iflic vəziyyətinə düşür. Hazırda Ermənistan rəhbərliyi korrupsiya ilə bağlı minlərlə cinayət işi açıldığını bəyan edir. Hətta bir dəfə baş nazir N.Paşinyan ölkədə mövcud olan korrupsiya halları barədə danışanı susduraraq "bəsdir, yetər, mən artıq dözə bilmirəm, get başqasına danış", deyib. O, eşitdiyi cinayətlərə inana bilmədiyini ifadə edib. Ancaq "Freedom House" bütün bunları qulaqardına vuraraq qismən azad ölkələr qrupuna Ermənistanı da salır!

Nəhayət, Ermənistanın dövlət olaraq kimliyini əyani göstərən son informasiya. İrəvanın "Nubaraşen" həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində Haynews.am saytının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini Mqer Yeqiazaryan keçinib. O, ölümündən öncə məktub da yazıbmış. Ermənistan mediasının yaydığı informasiyaya görə, məktubda yazılıb: "30 il məni susdura bilmədilər və mən danışmağa davam edəcəyəm, belə ki, dövlətdən bir qəpik belə oğurlamamışam, vətəni məndən cinayətkar düzəltməyə çalışan indiki hakimiyyətdən daha çox sevmişəm".

Mərhum məktubunda yazır ki, əvvəlki illərdə olduğu kimi, rəsmi dairələr adamların boynuna cinayət qoymağa çalışırlar. Ancaq o, özünün tam günahsız olduğunu da açıq qeyd edir. Eyni zamanda, məsuliyyətdən də yayınmaq istəmədiyini vurğulayır.

Ermənistanda siyasi məhbusun ölümü: ...və Qərbin susqunluğu

Bu fakt nəyi göstərir? Onu göstərir ki, Ermənistanda insanları siyasi görüşlərinə görə qondarma ittihamlarla həbs etmək bir ənənəndir. İndi də M.Yeqiazaryanı şərləyib öldürüblər. Ancaq Qərbin bütün QHT-ləri, siyasi dairələri bunları "görmürlər". Ayrıca "Freedom House" hesabatında bunu bir fakt kimi də qeyd etməyib. Reallıqda bir insan dünyasını dəyişib, bir sayt sahibi öldürülüb, bir siyasi fəal siyasi məhbus kimi həbsxanada can verib! Ancaq "demokratlar" yenə də susurlar...

Əvəzində onlar Azərbaycanı "qeyri-azad ölkələr" qrupuna salıblar. Qəribədir, deyilmi? Hansı faktlara əsasən? Əgər kimlərsə Mehman Hüseynovu misal göstərmək istəyirsə, bu adam sağ-salamatdır. O, nə aclıqdan ölür, nə də əsassız olaraq həbs müddəti uzadılır. Bütün haqları da təmin edilir. M.Yeqiazaryana isə bunların heç biri "qismən azad Ermənistanda" qismət olmadı.

Azərbaycanla bağlı başqa hansı faktlar var? Azərbaycanda müxalifət mitinqlərini keçirir, Ermənistanda isə, ümumiyyətlə, müxalifət yoxdur. Varsa, son 1 ildə hansı aksiyanı keçirib? İqtidar da N.Paşinyandır, müxalifət də! Amma "Freedom House" hesab edir ki, "qismən azad ölkə" elə belə olmalıdır. Kim bu cəfəngiyata inanar! Kim bundan sonra Qərbdə demokratiyanın olduğuna əmin olar?

Əslində, bizim beynəlxalq təşkilatlara, Qərbdəki QHT-lərə suallarımız çoxdur. Məsələn, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması beynəlxalq hüququn hansı maddəsinə uyğundur? Və ya hansı beynəlxalq təşkilatın, yaxud QHT-nin nizamnaməsində yazılıb ki, Ermənistanın öz qonşusunun ərazilərini işğal etmək kimi əlahiddə haqqı vardır? Belə deyilsə, hansı meyarla təcavüzkar bir ölkə "qismən azad" hesab olunur? Təbii ki, bu suallara Qərbin siyasi və ekspert dairələrində tutarlı cavab verə bilməzlər. Ona görə yox ki, onların məntiqi və ya savadı zəifdir. Ona görə ki, bu suallar ədaləti göstərir. Onlarda haqq var, düzlük var, obyektiv etiraz var. Lakin bütün bu meyarların "Freedom House"a heç bir aidiyyəti yoxdur.

Ancaq biz o zavallıları başa düşməyə çalışırıq. Məsələ ondan ibarətdir ki, Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lideri, bu məkanın ən sürətlə inkişaf edən və daim müstəqil siyasət yeridən tək dövlətidir. Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir. Azərbaycan Prezidenti siyasi cəhətdən çox fəaldır, tez-tez regional və qlobal əməkdaşlıq modelləri təklif edir. Onlar qəbul olunur və fayda verirlər. Azərbaycan Prezidenti sistemli olaraq islahatlar həyata keçirir. Xarici iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir və onlar milyardlarını Azərbaycana etibar edirlər. Azərbaycanın dövlət başçısı dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən bir sıra proqramların təşəbbüskarıdır. "Bakı prosesi" adlanan dialoq layihəsi konkret uğurlar qazanıb.

Azərbaycan enerji siyasəti ilə regional və qlobal əməkdaşlığa böyük töhfələrini verməkdədir. Nəqliyyat sahəsində ciddi əməkdaşlıq həyata keçirir. Azərbaycan artıq Cənubi Qafqazın geosiyasi qovşağı funksiyasını yerinə yetirir.

Bütün bunlar dünyada bir sıra dairələri narahat edir. Onlar Cənubi Qafqazda bir müsəlman dövlətinin iki xristian ölkəsindən xeyli irəlidə olmasını həzm edə bilmirlər. Onun əlamətlərindən biri də "Freedom House"un qeyri-obyektiv reytinq cədvəlləridir. Ancaq hər nə olsa da, fakt faktlığında qalır: Azərbaycan bu regionun parlayan ulduzudur. Onun inkişafının qarşısını kəsməyə çalışan hər bir qüvvənin arzusu gözündə qalacaq. Azərbaycana atılan heç bir ləkə özünü doğrultmayacaq. Çünki "Azərbaycan dünyaya doğan bir Günəşdir"! Günəş isə ləkə götürmür. Newtimes.az




Baxış sayı: 1 265
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031