Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqalədə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının artıq dünya ölkələri tərəfindən tanındığını qeyd edərək, insanlığa qarşı törədilən vəhşiliyin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb. Qeyd olunub ki, Xocalıda əhaliyə qarşı törədilən kütləvi qətlin əsas ideoloqlarından olan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində hər şeyi etiraf edib, “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”, - deyə bildirib. Müəllif daha sonra vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
Baxış sayı: 1 392
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

