FACT-INFO.AZ » İQTİSADİYYAT » Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək
6-02-2019, 09:40 | İQTİSADİYYAT
Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək

Türkmənistan Ticarət-Sənaye Palatasında qarşıdakı regional iqtisadi foruma həsr edilmiş beynəlxalq mediaforum keçirilib.

Türkmənistanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Sərdar Durdıyev mediaforumun açılış mərasimində çıxış edib. O qeyd edib ki, tarixdə ilk dəfə belə bir forumun məhz Xəzər hövzəsində - dünyanın ən iri regionunda keçirilməsi təşəbbüsü 2014-cü il sentyabrın 30-da Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülüb. Mərasim iştirakçılarının diqqətinə çatdırılıb ki, keçən il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində Türkmənistan liderinin bu təşəbbüsü keyfiyyətcə yeni məzmun kəsb edib. Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzərdə beştərəfli qarşılıqlı fəaliyyətin səmərəsi çox cəhətdən dövlətlərimizin ticari-iqtisadi və nəqliyyat proseslərinə cəlb edilməsi dərəcəsindən asılıdır. O əmin olduğunu bildirib ki, 2019-cu ildə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi bütün Xəzəryanı dövlətlərin bu istiqamətdə öz səylərini birləşdirməyə hazır olmasını təsdiqləyəcək. Natiq vurğulayıb ki, bu mənada Prezident Qurbanqulu Berdiməhəmmədovun Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin və Birinci Xəzər İqtisadi Forumunun Türkmənistanda keçirilməsi barədə ideyalarının dəstəklənməsi bütün qonşu ölkələrin yüksək etimadını əks etdirir.

Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Mırat Atacanov qeyd edib ki, forumun keçirilməsi konsepsiyasının layihəsi baxılmaq üçün Türkmənistan liderinə təqdim edilib. Bununla əlaqədar Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, Xəzər regionu ölkələri ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi Türkmənistanın xarici siyasət kursunun prioritet vektorudur. Regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzərin strateji əhəmiyyəti, onun mühüm tranzit-nəqliyyat və logistika qovşağı kimi rolu Xəzəryanı dövlətlərin səylərini daha da birləşdirmək zərurətini yaradır. Prezident Qurbanqulu Berdiməhəmmədov baş nazirə və daxili işlər nazirinə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinə hərtərəfli hazırlaşmaq barədə tapşırıqlar verib. Vurğulanıb ki, qarşıdakı hadisə Xəzər dənizində və ətraf regionlarda iqtisadi, ticari və investisiya əməkdaşlığı prosesinə güclü qurucu impuls verəcək, Xəzər Avrasiyada yeni məkan formalaşmasında mühüm rol oynayan, müasir qlobal meyillərə cavab verən beynəlxalq əhəmiyyətli iri nəqliyyat-tranzit qovşaqlarından birinə çevriləcək. Tədbirdə Birinci Xəzər İqtisadi Forumuna həsr edilmiş videofilm göstərilib. Sonra regional iqtisadi forum üçün hazırlanmış rəsmi saytın təqdimatı keçirilib. Türkmənistan Dövlət İnformasiya Agentliyinin (TDX) sədri Bekdurdı Amansarıyevin moderatorluğu ilə keçirilən “Xəzər dənizinin enerji və nəqliyyat sistemlərinin iqtisadi inkişafı” mövzusunda plenar iclasda Türkmənistan energetika nazirinin müavini Batır Xudayberdıyev, Beynəlxalq Neft və Qaz Universitetinin kafedra müdiri Nuryağdı Suvxanov, Türkmənbaşı Beynəlxalq Limanının marketinq şöbəsinin rəisi Əziz Nazarov və “Türkmənneft” Dövlət Konserninin hasilatın bölgüsü idarəsinin rəisi Şöhrət İlamonov məruzələrlə çıxış ediblər.

“Diyar” jurnalının baş redaktoru Qurbannəzər Orazquliyevin moderatorluğu ilə keçirilən “Xəzər dənizində turizm və ticari-iqtisadi əməkdaşlıq” mövzusunda plenar sessiyada Türkmənistan Dövlət Turizm Komitəsi sədrinin müavini Akınniyaz Ağamıradov, xarici iqtisadi əlaqələr idarəsi rəisinin müavini – Türkmənistan Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin xarici iqtisadi əlaqələrin təhlili şöbəsinin rəisi Sərdar Ataklıçev, “Rısqal” qəzetinin baş redaktoru Gülcemal Qurbanova və Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin dövlət maliyyəsinin cəmlənməsi və iqtisadi siyasət idarəsinin rəisi Qalina Romanova məruzələrlə çıxış ediblər.




Baxış sayı: 1 449
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30