Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbiri açan prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib.
Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Eyyubov general H.Aslanovun döyüş yolunun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov və digərləri H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.
İştirakçılar istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib. Onlar mərasimin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Qeyd edək ki, bu gün birlik və birləşmələrdə də general-mayor Həzi Aslanovun anım günü qeyd edilib.
Baxış sayı: 1 431
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

