FACT-INFO.AZ » CƏMİYYƏT » “Times of San Diego” qəzeti Cocuq Mərcanlıdan yazıb
17-01-2019, 13:20 | CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərcanlıdan yazıb

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsinə səfəri haqqında mülahizələrini oxucularla bölüşüb.

AZƏRTAC xəbər verir ki, müəllifin yazdığına görə, bütün irqlərə və dinlərə mənsub olan insanlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı onda antisemit və ümumilikdə qeyri-tolerant şəxslərin fikirlərinin qəbuledilməz olduğuna dair qənaəti gücləndirib. Kontreras qeyd edir: “Tale elə gətirdi ki, Pitsburq sinaqoqunda atışma günündə mən bu yaxınlarda Azərbaycanda 150 ailə üçün bərpa edilmiş kənddə oldum. Cocuq Mərcanlı adlanan bu kənd paytaxtdan 300 kilometrə yaxın məsafədə yerləşir və 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd üç il əvvəl işğaldan azad olunub. Burada yaşayan 450 azərbaycanlı ailəsi həyatlarına təhlükə yarandığından öz evlərini tərk etməyə məcbur olub. Sağ qalanlar məcburi köçkünlərə çevrilib və Birləşmiş Millətlər Təşkilatının da qeydə aldığı bir milyon azərbaycanlı qaçqının siyahısına əlavə olunublar”.

1993-cü ildə baş vermiş faciələrdən bəhs edən müəllif yazır ki, Araz çayı üzərindən İrana keçmək istəyən bir çox dinc insanlar həlak olublar. Məqalədə diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə baxmayaraq, vəziyyət dəyişməyib və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Lakin üç il əvvəl Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyat həyata keçirərək Ermənistanın işğal etdiyi torpaqların kiçik bir hissəsini, o cümlədən Cocuq Mərcanlı kəndini azad ediblər. Müəllifin yazdığına görə, Cocuq Mərcanlı bütün Qafqaz regionunda xoş gələcəyin müjdəçisidir. Kontreras vurğulayır: “Azərbaycan hökuməti Cocuq Mərcanlıda yeni evlər tikib və dağıdılmış məscidi, mülki tikililəri, məktəb binasını bərpa edib. 1993-cü ildə buradan didərgin düşən 150 kənd sakini artıq öz evlərinə qayıdıb. Daha 300 ailə onlar üçün tikiləcək yeni evlərə qayıdacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Qərb standartları üzrə inkişaf davam edir. Nəticədə isə gələcəyə ümidlə baxan müasir dövlət yaranıb. Cocuq Mərcanlı ölkənin liderinin səylərini təcəssüm etdirir”.




Baxış sayı: 1 503
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30