FACT-INFO.AZ » CƏMİYYƏT » İsveçrə mediası 20 Yanvar hadisələrindən yazıb
16-01-2019, 09:30 | CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən yazıb

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsinin Sovet İttifaqının dağılmasında və Azərbaycan xalqının milli azadlıq hərəkatında oynadığı rola nəzər salınıb. Qeyd edilib ki, müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı yerlərində milli azadlıq və dövlət müstəqilliyi hərəkatları beynəlxalq münasibətlərin formalaşmasına ciddi təsir göstərib. Bir tərəfdən hansısa ölkənin suverenliyinə aparan bu hərəkatlar, eyni zamanda, qlobal siyasətin axarına da təsir göstərib. Belə hadisələrdən biri dünya tarixinə “Qara yanvar” kimi həkk olunan və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciədir. Bu qanlı hadisələr Sovet İttifaqının müqəddəratının həllində mühüm dönüş nöqtəsi oldu.

“Soyuq müharibə” erasının sonuna təsadüf edən bu kədərli, eyni zamanda, qəhrəmanlıq salnaməsinə Qərb aləmində indiyədək layiq olduğu dəyərin verilmədiyini vurğulayan müəllif 1990-cı ildə Bakıda törədilən qırğının Sovet İttifaqının son təcavüzkar aksiyası olduğunu və imperiyanın süqutunu sürətləndirdiyini diqqətə çatdırıb.

Bildirilib ki, həmin hadisələrə qədər Sovet İttifaqının xilasının mümkünlüyünə inananlar hələ də olsa da, törədilən faciədən sonra müttəfiq respublikalar Moskvadan ayrılaraq müstəqillik yolunu tutmağa başladı. Bakıda törədilən Qanlı Yanvar hadisələri ilə SSRİ-nin parçalanması qaçılmaz prosesə çevrildi. Bakı qırğını ilə sovet hakimiyyəti digər müttəfiq respublikalardakı azadlıq hərəkatlarını boğmağa, onlara dərs keçməyə çalışsa da, bu cəhd uğursuz oldu və imperiyanın kommunist rəhbərliyinin bu məqsədi əks nəticələr verdi. Bakı hadisələrindən sonra mərkəzdənqaçma meylləri daha da gücləndi, milli azadlıq hərəkatı geniş vüsət aldı. Çünki artıq heç kim qəddar imperiyanın tərkibində qalmaq istəmirdi.




Baxış sayı: 1 379
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30