FACT-INFO.AZ » CƏMİYYƏT » Dmitri Savelyev: Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir
25-12-2018, 10:45 | CƏMİYYƏT
Dmitri Savelyev: Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir

Rusiya Federasiyası Dövlət Dumasını deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Çox təcrübəli dövlət xadimi, incə diplomat və nadir istedada malik olan siyasətçi İlham Heydər oğlu Əliyev günü-gündən Azərbaycanı inkişaf və tərəqqi yolu ilə aparmaqda davam edir. Dünyada yaranmış olduqca mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan həyatın bütün sahələrində yaddaqalan nailiyyətlər əldə edə bilib. Çünki Prezident İlham Əliyev özünün uğurlu xarici və daxili siyasəti ilə milyonlarla azərbaycanlının arzularını reallığa çevirir”.

Rusiyalı deputat qeyd edib ki, Azərbaycanda sabitliyin mənbəyi xalqın hakimiyyətlə həmrəyliyidir. “Təsadüfi deyil ki, Azərbaycanda ilin ən mühüm hadisəsi prezident seçkiləri oldu. Bu seçkilərdə azərbaycanlılar öz liderlərinə etimad göstərərək ona səslərin 86 faizindən çoxunu verdilər. Əlamətdardır ki, prezident seçkiləri məhz 2018-ci ildə - ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Məclisin yüz illik yubileylərinin qeyd olunduğu vaxtda keçirildi. Bu, Rusiya parlamentinin nümayəndəsi kimi mənim üçün də xüsusi əhəmiyyət kəsb edir: yüz il öncə müsəlman Şərqinin xalqlarına parlamentarizm yolu göstərən azərbaycanlılar demokratik dövlət yaradıblar. Bu gün də İlham Heydər oğlunun sayəsində respublika bir çox ölkələr üçün həqiqi demokratik dövlət örnəyidir və həmin yolda inamla addımlayır”, deyə D. Savelyev vurğulayıb.

Deputatın sözlərinə görə, VI Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın sülh işinə sadiqliyini bir daha nümayiş etdirdi. “Forum əməldə nümunəvi multikulturalizm modelini yaradan, sivilizasiyanın mühüm problemlərini həll edən və digər ölkələrlə sülh əsasında qarşılıqlı faydalı tərəfdaşlıq naminə çıxış edən Azərbaycanın ən yüksək beynəlxalq statusunun göstəricisi oldu”, -deyə Rusiya parlamentinin üzvü qeyd edib.

D. Savelyev vurğulayıb ki, ölkələrimizin prezidentləri arasında etimada və səmimi münasibətlərə söykənən Rusiya-Azərbaycan əlaqələri həyat fəaliyyətinin bütün sahələrini əhatə edən əməkdaşlığın parlaq nümunəsidir. O deyib: “2018-ci ildə Vladimir Putin və İlham Əliyev danışıqlar aparmaq üçün bir neçə görüş keçiriblər. Bu görüşlərin Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının on illik yubileyinə təsadüf etməsi rəmzi məna daşıyır. Xalqlarımız hələ uzun müddət müasir dünyanın çağırışlarına qarşı eyni yolda çiyin-çiyinə addımlamalıdırlar. Dövlətlərimizin prezidentlərinin birlikdə açdıqları IX Bakı Regionlararası İqtisadi Forumu bunun bariz nümunəsidir”.

D. Savelyev əmin olduğunu bildirib ki, İlham Əliyevin siyasətinin əsas məqsədi olan Azərbaycanın dinamik inkişafı ildən-ilə uğurla davam edəcək. Deputat sonda deyib: “Fürsətdən istifadə edərək, cənab Prezidentə qardaş Azərbaycanın yeni qələbələri naminə onun bütün planlarının və ideyalarının ən yüksək dəqiqliklə həyata keçməsi üçün səmimi qəlbdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram”.




Baxış sayı: 1 438
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30