FACT-INFO.AZ » İQTİSADİYYAT » “Bulla-dəniz” yatağında yeni dəniz özülü istismara verilmişdir
24-12-2018, 16:35 | İQTİSADİYYAT
“Bulla-dəniz” yatağında yeni dəniz özülü istismara verilmişdir

Özülün layihəsi SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. Özüldə qazılacaq quyularda gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensatın hasil ediləcəyi gözlənilir. Quyuların orta dərinliyi 6300 metr təşkil edəcək ki, bu da yüksək texnoloji standartların tətbiqi sayəsində mümkün olacaq;

Fact-info.az-a verilən məlumata görə, ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir.

Dekabrın 24-də “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar dəniz özülü SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə istismara verilmişdir.

İnşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılmış özül “Neftqazeİlmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılmışdır. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir.

Özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr təşkil edəcək. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab olunur. Yüksək texnoloji standartların tətbiq olunması nəticəsində SOCAR artıq analoji quyularda uğurlu nəticələr əldə etmiş və mövcud təcrübədən burada da istifadə edəcəkdir. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan “ZJ -70DBS” qurğusu quraşdırılmışdır. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metrə kimi dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilmişdir və bu gün Azərbaycanın qlobal brendi kimi ölkəmizə dəyər və gəlir qazandırır. Azərbaycanda və digər ölkələrdə inşa etdiyimiz yeni nəhəng sənaye komplekslərinin xammal ilə təchizatını davamlı şəkildə həyata keçirmək, ən əsası, Azərbaycan xalqının yanacaq və neft-kimya məhsullarına olan tələbatını təmin etmək üçün kəşfiyyat və hasilat kimi ənənəvi fəaliyyət sahələrimizə kapital qoyuluşlarımız vaxtında icra olunur. Bu ilin 11 ayında Azərbaycan neftçilərinin əzmi və fədakar əməyi sayəsində SOCAR üzrə hasilat səviyyəsini ciddi artırmağa nail olmuşuq. Bulla-dəniz-12 kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcəkdir. Bu cür yüksək mühəndislik və texnoloji tələblərə cavab verən platformaların artıq SOCAR-ın öz imkanları ilə tikilməsi və quraşdırılması bizim üçün qürur mənbəyidir və SOCAR-ın bu gün bütün sahələrdə artıq müasir qlobal şirkət kimi formalaşdığından xəbər verir.”

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir: “Biz Azərbaycan neftçiləri üçün çox əlamətdar olan bir gündə burada toplanmışıq. Bu gün Möhtərəm prezidentimizin, neftçilərin dostu, uzun müddət bizimlə çiyin çiyinə çalışan İlham Əliyev cənablarının doğum günüdür. Bu əziz gündə Dövlət Neft Şirkəti dənizdə, Bulla Dəniz yatağında yeni və yüksək texnologiya ilə təchiz olunmuş 12-ci özülü istismara buraxdı. Belə bir müasir dəniz özülünün Azərbaycan neftçiləri tərəfindən sırf öz imkanlarımızla tikilməsi və quraşdırılması keçmişdə bizə qeyri-mümkün görünürdüsə, bu gün bu artıq reallıqdır. Bu cənab Prezidentimizin xeyir duası ilə və bizə olan dəstəyi, inamı ilə reallaşan mühüm layihələrdən biridir. Azərbaycan neftçilərinin məhz bu əlamətdar gündə, ölkə başçımızın ad günündə ona və Azərbaycan xalqına təqdim etdiyi hədiyyədir.”

Qeyd edək ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 ədəd vertolyot, 4 ədəd gəmi yanalma və 4 ədəd minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılmışdır. “Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanmışdır. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmamışdır. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilmişdir.

Toğrul

Fact-info.az




Baxış sayı: 1 762
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30