Biz hazırda orda SOCAR-ın hansı idarələrin işçilərinin çalışmasını dəqiqləşdiririk. Komissiya bütün məlumatları dəqiqləşdirəndən sonra müvafiq qərarlar qəbul olunacaq”.
Bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, platformada olan bütün işçilərin xilasedici jiletləri əyinlərində olub, işçilərin təxliyəsində qayıqlardan istifadə olunub: “ Proses əməyin təhlükəsizliyinə uyğun qaydada həyata keçirilib. Lakin orda güclü külək olub, yanğın olub və güclü dalğa nəticəsində qayıqlardan birinin qarmağı açılıb. Təhqiqatdan sonra bunun başvermə səbəbi dəqiq məlum olacaq və əməyin təhlükəsizliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.
S. Müslümov bildirib ki, hadisədə zərər çəkənlərlə bağlı aparılan ilkin yoxlama nəticəsində məlum olub ki, çalışanların hamısı sığorta şirkətində sığortalanıblar: “Onların əmək müqavilələri var. Bu o deməkdir ki, əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək. Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək”.
Mövcud qanunvericiliyə görə bütün müalicə xərclərini də sığorta şirkəti ödəməlidir. Cənab prezidentin də sərəncamında bu barədə məsələ var və hər hansı problem olmayacaq".
Baxış sayı: 2 320
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

