Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda keçirilən tədbirdə deyib.(trend)
Komitə sədri qeyd edib ki, mədəni-dini irsin qorunması çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Bununla bağlı bır çox beynəlxalq sənədlər qəbul olunub. Azərbaycan da onları ratifikasiya edib.
Qafqazın dünyanın ən nadir bölgələrindən biri olduğunu deyən M.Qurbanlı deyib ki, bu ərazidə səmavi dinlərin hamısı formalaşıb, təşəkkül tapıb: "Hər bir kəs mədəni-dini irsi qorumalıdır. Ancaq çox təəssüf ki, dünyanın ayrı-ayrı bölgələrində xalqların tarixinə aid mirasların dağıdılmasının şahidi oluruq. Tarixi abidələrin dağıdılması yalnız bu gün baş vermir, bu, əvvəllər də baş verib. Təəssüf ki, bəşəriyyət hələ də keçmişindən ibrət götürmür".
Baxış sayı: 1 811
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

