FACT-INFO.AZ » İQTİSADİYYAT » SOCAR modernləşmə proqramı üçün “Honeywell” texnologiyasını seçib
6-12-2018, 18:25 | İQTİSADİYYAT
SOCAR modernləşmə proqramı üçün “Honeywell” texnologiyasını seçib

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) Honeywell UOP texnologiyasından istifadə edəcək. Məlumdur ki, neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən Avro-5 standartlarına uyğun yanacaqların istehsalında katalitik proseslərə şərait yaradılması üçün istifadə olunan təmiz hidrogen emal prosesində mühüm rola malikdir. Yeni PSA texnologiyası Azərbaycanda Avro-5 standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.

“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard deyib: ““Honeywell UOP” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirdiyi modernizasiya proqramının əsas elementidir. Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcəkdir.” “Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq.

Modernizasiya prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən Neft Daşları, Suraxanı və Şirvan yataqlarından hasil olunmuş 7,5-8 milyon ton xam neftin emalı mümkün olacaq. Avro-5 standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq. “Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. Honeywell UOP texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, - Orçard deyib.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayrıma zavodunda ilk katalitik riforminq qurğusunu qurdu və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzin istehsalına doğru mühüm addım atıldı. Zavod 2003-cü ildə, 50-ci ildönümündə Heydər Əliyevin şərəfinə adlandırılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli ilə məşğul olur, neft və neft-kimya məhsullarını yerli və beynəlxalq bazarlara çıxarır, müxtəlif ölkələrin bazarlarında sənaye və əhalini təbii qazla təmin edir.

Honeywell UOP (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur və bu sahədə liderdir. Şirkət eyni zamanda neft email, neft-kimya və qaz emalı sənayelərində konsaltinq xidməti ilə də məşğul olur. Honeywell UOP şirkəti “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsidir, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırmanın pioneridir. (www.honeywellprocess.com)

Honeywell (www.honeywell.com) “Fortune” jurnalı tərəfindən müəyyən olunmuş 100 proqram təminatı və sənaye şirkətlərinin sırasına daxildir. Sənayeni spesifik həll vasitələri, o cümlədən aerokosmik və avtomexanik məhsullar və xidmətlər ilə təchiz edir; binaları, evləri və sənayeni nəzarət texnologiyaları ilə təchiz edir; qlobal miqyasda müxtəlif avadanlıqların və materialların təchizatı ilə məşğul olur. Şirkətin texnologiyaları təyyarələrdə, avtomobillərdə, evlərdə və binalarda, zavod və fabriklərdə, təchizat zəncirlərində istifadə olunur. Daha ətraflı məlumat üçün www.honeywell.com/newsroom

Toğrul

Fact-info.az




Baxış sayı: 1 808
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30