Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir. Cari ildə 600-ə yaxın mənzilin qeyd olunan kateqoriyalara aid insanlara təqdim olunması planlaşdırılıb. Bu istiqamətdə ardıcıl işlər aparılmaqla yeni inşa olunmuş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunur. Beyləqan rayonunda da bu proses uğurla davam etdirilir. Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar sosial cəhətdən həssas qruplara, o cümlədən Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının mütəmadi olaraq artırıldığına, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 1 412
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

