Fact-info.az-a daxil olan məlumata görə, seminar “Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsinin” icrası çərçivəsində baş tutmuşdur. Seminarda layihələrdə yerli resurslardan istifadənin cari vəziyyəti və gələcək potensialı barədə fikir mübadiləsi aparılmışdır. Seminarın işində dövlət qurumları, beynəlxalq məsləhətçi şirkətlər, universitetlər, yerli və beynəlxalq şirkətlər daxil olmaqla, 50-ə yaxın təşkilatdan 100-dək ekspert iştirak etmişdir.
Əvvəlcə tədbirdə SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, Xalik Məmmədov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər dövlət qurumlarının nümayəndələri mövzu ilə bağlı çıxış etmişlər. McKinsey, OMNİ hüquq şirkəti və BP Eksploreyşn (Kaspian Si) limited tərəfindən milli kontentin inkişafına xidmət edən cari dövlət proqramları barədə məlumat verilmiş, müvafiq qanunvericilik aktlarının təhlili, eyni zamanda beynəlxalq təcrübə və neft və qaz layihələrində operatorluq təcrübəsi barədə təqdimatlar keçirilmişdir. Daha sonra, milli kontentə dair cari aktual məsələlərin müzakirəsi məqsədilə ekspertlər arasında dəyirmi masalar təşkil olunmuşdur.
Baxış sayı: 1 696
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

