FACT-INFO.AZ » İQTİSADİYYAT » “Diplomacy&Commerce” nəşrinin “İnFocus” jurnalının növbəti nömrəsi tamamilə Azərbaycana həsr olunub
23-11-2018, 09:40 | İQTİSADİYYAT
“Diplomacy&Commerce” nəşrinin “İnFocus” jurnalının növbəti nömrəsi tamamilə Azərbaycana həsr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkəmizin Xorvatiyadakı səfirliyi tərəfindən Azərbaycanın müstəqillik tarixinə, mədəniyyətinə və ölkənin təbliğinə həsr olunan tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Xorvatiyanın siyasi və biznes dairələri arasında böyük oxucu kütləsinə malik, aylıq əsasda ingilis dilində dərc edilən “Diplomacy&Commerce” nəşrinin “İnFocus” adlı jurnalının növbəti nömrəsi tamamilə Azərbaycana həsr olunub. AZƏRTAC xəbər verir ki, jurnalın sözügedən buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin cari il sentyabrın 5-6-da Xorvatiyaya rəsmi səfəri və Azərbaycan-Xorvatiya münasibətlərinə dair məlumatlar yer alıb.

Jurnalda yer alan “Tarixin şanlı səhifəsi” adlı yazıda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətindən, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasından, ölkəmizdə müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılması ənənələrindən, eyni zamanda, xalqımızın müstəqilliyini yenidən bərpa etməsindən sonra ümummilli lider Heydər Əliyevin onun qorunub saxlanılması və gücləndirilməsi istiqamətindəki xidmətlərindən ətraflı bəhs olunur.

Nəşrdə Azərbaycanın Xorvatiyada səfiri Fəxrəddin Qurbanovun, Xorvatiyanın sabiq Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiçin və “SOCAR” Balkanın rəhbəri Murad Heydərovun məqalələri dərc olunub. Ölkəmizin iqtisadi potensialını təbliğ edilməsi məqsədilə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrə dair məqalələr yer alıb. Jurnalda Bakı şəhərinin “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyi, həmçinin beynəlxalq elmi və təhsil dairələrində yüksək nüfuza malik ADA Universiteti barədə məlumat verilib. Jurnalda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən bəhs edən “İşğal altında olan mübarək torpaq” sərlövhəli məqalə də dərc edilib. Burada ermənilərin törədikləri vəhşiliklərdən və vandalizmdən, Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasından, bu təcavüz nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkündən bəhs olunur. Nəşrdə Azərbaycanda turizmin sürətli inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə məqalə və ölkəmizin mədəniyyətini, tarixini təbliğ edən fotoşəkillər də yer alıb.




Baxış sayı: 1 462
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30