Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan "Logitrans" çərçivəsində İstanbulda təşkil edilən "Çin-Türkiyə-Avropa" Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.
Konsorsiumun təsisçisi olmağa Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, "KTJ ekspress" ("Qazaxıstan Dəmir Yolları"nın törəmə şirkəti - Report), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycanın "Karvan Logistics" şirkəti, eləcə də "Trans Caucasus Terminals" ("Gürcüstan Dəmir Yolları"nın törəmə şirkəti - Report) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.
Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.
Baxış sayı: 2 396
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

