Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda öz əksini tapıb. 2017-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faiz; qadınlar arasında – 5,9 faiz; 15-24 yaşlı gənclər arasında –12,9 faiz; 15-29 yaşlı gənclər arasında isə 9,2 faiz təşkil edib.
Bundan başqa, Azərbaycanda iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulur. 2017-ci ildə qeyri-kənd təsərrüfatı sahəsində muzdla işləyənlərin nisbəti 48,1 faiz olub. Əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək (2017-ci ildə 23 faiz), 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq planlaşdırılır.
2017-ci ildə minimum əməkhaqqının muzdla çalışan işçilərin orta aylıq əməkhaqqına nisbəti 22 faiz, minimum əməkhaqqının yaşayış minimumuna nisbəti isə 75 faiz təşkil edib. Bundan başqa, 2030-cu ilədək dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsi 70 faizə çatdırılacaq. Həmçinin regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Baxış sayı: 1 554
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

