Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.
Bu fikrləri Fact-info.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.
Hikmət Şikarovun qənaətincə, Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir. Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Star” neft emalı zavodunun açılışı gələcəkdə regionun tərəqqisinə öz təhfəsini verəcəkdir. Azərbaycan şirkəti olan SOCAR-ın 6.3 milyard dollarlıq sərmayə qoyuluşu ilə reallaşdırdığı “STAR” Neft Emalı Zavodu artıq bütün dünyaya Azərbaycanı nəhəng layihələrin əsas investoru kimi təqdim etdi. Bizim üçün bu layihənin əhəmiyyəti ondadır ki, Türkiyə kimi iqtisadi imkanları geniş olan bir ölkəyə investiya yatırmaqla hər iki ölkənin iqtisadiyyatının iunkişafına yeni töhfə vermiş oluruq.
Baxış sayı: 1 745
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

