FACT-INFO.AZ » CƏMİYYƏT » 30 illik Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
16-10-2018, 09:55 | CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün kolektivini, Respublika Veteranları Təşkilatınının yaranmasının 30 illik yubileyi münasibətilə təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovu, təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovu və Təşkilatının bütün kolektivini səmimi qəlbdən təbrik edir, onların hər birinizə həyatda uzun ömür, möhkəm cansağlığı və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayrıq.

Məlumdur ki, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən insanlar, alman faşizmi üzərində Qələbənin əldə olunmasında fədakarcasına iştirak edərək, müstəsna xidmətlər göstərmişlər.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb.

Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilərək öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərakatında da canlanma yaranaraq dövlətin dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının rayon şöbələri yaradılaraq 1987-ci il mart ayının 21-də Respublika Veteranlar Təşkilatı təsis edilmişdir.

Keçmiş Sovetlər İttifaqı dağıldıqdan və Azərbaycana dövləti müstəqillik əldə etdikdən sonra Ulu Öndərin 1994-cü il 28 iyun imzaladığı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu olmuşdur. Bunula da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, İkinci Dünya, Əfqanstan və Qarabağ müharibəsi veteranları Döğma Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərərək, Azərbaycanın Silahlı Qüvvələrinin əskər və zabitləri üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik nümunəsi olmuşdur. Müharibə veteranları hər vaxt olduğu kimi bu gündə dövlətçilik maraqları ətrafında daha sıx birləşib öz töhfələrini verərək respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin hərbi vətənpərvərlik ruhunda və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları üçün fəal iştirak edərək əllərindən gələni əsirgəməyirlər. Müharibə vetranlarımızın Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, inkişafında və milli hərbçi kadrların hazırlanmasında xüsusi xidmətləri danılmazdır.

Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşıb. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsisslər döyüşürdülərsə, indi onların sayı 100 minlərlədir.

Biz ehtiyatda olan müharibə veteranlarının əsas vəzifəmiz müstəqiliyimzi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikanın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün potensialımızı səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Biz veteranlar qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni dövlətimizdən əsirgəməyəcəyik.

Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, biz müharibə vetranları Qarabağda işğal olunmuş torpaqlarımızı ermənilərdən azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq!

Sərraf Oruc

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı




Baxış sayı: 2 799
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30