FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından deportasiyası məsələsi AŞPA-da qaldırılıb
12-10-2018, 22:25 | CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından deportasiyası məsələsi AŞPA-da qaldırılıb

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin bu il 100 ili tamam olur.

Millət vəkilinin sözlərinə görə, XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülüb 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir:

"Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər. Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər".

Q.Paşayeva qeyd edib ki, bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır: "Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar. Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri, qəbirstanlıqları dağıtdı. Buna səssiz qalmamalısınız.”




Baxış sayı: 1 627
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30