Bunu Trend-ə rusiyalı ekspert və publisist Dmitri Verxoturov deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: “Təbii ki, Qarabağın Ermənistanın tərkibinə qatılmasının tərəfdarları Azərbaycanla danışıqlara istənilən yollarla mane olmağa çalışacaq. Ona görə də təəccüblü deyil ki, Düşənbədəki danışıq cəhdini bu dairələr narahatlıqla qarşılayıb”.
Ermənistanın hazırkı rəhbərliyi ilə “Qarabağ klanı” arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki,”Qarabağ klanı” hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var: “Onların ermənilərə nə isə vəd edən ideyaları var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”. Ekspert əlavə edib ki, “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər.
Baxış sayı: 1 394
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

