Münaqişə müharibəyə çevrilən ərəfədə, 1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri bərpa edildi, oktyabrın 18-də ölkə öz dövlət müstəqilliyini elan etdi. Beləliklə, ölkəmizin əksər bölgələrində yaşayan və ailəsini dolandırmaq üçün çalışan ər oğullar könüllü olaraq Dağlıq Qarabağa və Ermənistanla həmsərhəd bölgələrə yollandılar. Bu gün o illərdən bizi 27 illik zaman kəsiyi ayırır.
Onu da qeyd edək ki, “Xocalı Soyqırımını Tanıtma”və “Yeni Yurd” Sosial İnkişaf ictimai birlikləri, habelə, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəalları oktyabrın 9-nu ən qaynar nöqtələrdən birində yerləşən “N” hərbi hissəsində xidmət edən zabit, gizir və əsgərlərlə görüşəcəklər. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlunun verdiyi məlumata görə hər 3 təşkilatın nümayəndələri və qonaqlar şəxsi heyət qarşısında maraqlı ədəbi-bədii gecə təşkil edəcəklər. Daha sonra ictimai birliklər üçün ayrılmış ərazidə ağacəkmə kampaniyası keçiriləcək.
Şamilə Şamilqızı
Baxış sayı: 2 169
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

