FACT-INFO.AZ » CƏMİYYƏT » "Xaçaturov gizli erməni planlarında KTMT-ni alətə çevirir"
25-09-2018, 10:35 | CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT-ni alətə çevirir"

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. A.Quliyev qeyd edib ki, problemin həlli sahəsində heç bir hüquqi səlahiyyəti və öhdəliyi olmayan bir təşkilatın baş katibinin həll prosesinə qeyri-hüquqi müdaxiləsi yersiz, ziyanlı və region üçün təhlükəli perspektivləri gücləndirən məsuliyyətsiz gizli niyyətlərin təzahürüdür: "Xaçaturov bilməmiş deyil ki, nüfuzlu regional beynəlxalq təşkilat sayılan KTMT-nin memarı, təşkilatçısı olan Rusiya həm də onun perspektivləri üçün əsas məsuliyyəti daşıyan tərəfdir. Əlavə edək ki, Rusiya hazırda regionumuzda sabitlik üçün ən maraqlı və Dağlıq Qarabağ probleminin həllində vasitəçi ölkələrdən biridir.

O da məlumdur ki, Ermənistanın hazırkı rəhbərliyi regionda müharibənin alovlandırılmasında maraqlı olan məlum beynəlxalq dairələrin planlarını icra edir. Əks halda Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı sülh prosesini alt-üst edən misilsiz ziddiyyətli bəyanatlarına heç cür izah vermək mümkün deyil. Bütün bunlardan Xaçaturov da xəbərdar olduğu halda, təcavüzkar siyasəti dolayısilə dəstəkləməklə pərdəarxası bir plana xidmət etdiyini açıq büruzə verir. Xaçaturov özünün məsuliyyətsiz bəyanatı və sülh prosesinə yersiz müdaxiləsi ilə Ermənistanın təcavuzkar siyasətinə dəstək verməkdən başqa, həm də Rusiyanın regiondakı planlarına qarşı pozucu rol oynayır. Bütün əlamatləri ilə hadisələr ona oxşayır ki, irticaçı ümumerməni maraqları çərçivəsində Xaçaturovla Paşinyan hökuməti arasında birgə oynanılan gizli sövdələşmə oyunu var".

Onun sözlərinə görə, bu oyun Y.Xaçaturovun həbsdən buraxılmasından sonra başlayıb, KTMT çərçivəsində Ermənistanın maraqlarını altdan-altdan yeritmək formasında icra edilir: "Beləliklə, Xaçaturov KTMT strukturlarında Paşinyanın sifarişlərini yerinə yetirir, Paşinyan isə bunun əvəzində yəqin ki, onun suçlandığı cinayət təqibini tədricən formal səviyyəyə salacaq. Nəticədə isə Xaçaturov-Paşinyan oyunu fonunda ziyan KTMT-yə və Rusiyaya dəyir. Belə ki, KTMT gizli erməni planlarında alət olur, Rusiyanın isə vasitəçi ölkə kimi nüfuzu və regional planları zədələnir. Azərbaycan XİN-in məlum bəyanatı ölkəmizin qanuni mənafelərinin müdafiəsi ilə bərabər, Rusiyanın da regional siyasətinə uyğun addımdır. KTMT daxilində korporativ erməni oyunlarına ciddi reallıq kimi yanaşılmasına daha çox Rusiyanın ehtiyacı var".

Ekspert əlavə edib ki, qeyd edilməsi vacib olan daha bir məqam Xaçaturovun bəyanatının Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə xarici parlament rəhbərləri qarşısında etdiyi xəbərdarlıqların ardınca meydana çıxmasıdır: "Xaçaturov-Paşinyan cütlüyü bununla Azərbaycan Prezidentinin haqlı xəbərdarlıqlarının guya KTMT-də məqbul qarşılanmadığı barədə yanlış görüntü yaratmağa uğursuz bir cəhd göstərdi. Ancaq Azərbaycan diplomatiyasının prinsipial gedişləri Ermənistan üçün geriyədönməz prosesləri çoxdan başladıb və Milli Məclisdə Azərbaycan Prezidentinin ən yeni çıxışı bu istiqamətdə növbəti tutarlı ifşa aktı oldu".




Baxış sayı: 1 529
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30