FACT-INFO.AZ » CƏMİYYƏT » Fransa portalında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə məqalə dərc edilib
5-09-2018, 10:40 | CƏMİYYƏT
Fransa portalında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə məqalə dərc edilib

Fransanın AgoraVOX portalında “Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verilən məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bunun nəticəsində yaranmış problemlərdən söhbət açılıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyi və bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasının tələb olunduğu vurğulanıb. Yazıda Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon azərbaycanlının öz doğma evindən didərgin düşdüyünü, məcburi köçkün və qaçqın həyatı yaşadığı qeyd edilib.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə müsahibə də yer alıb. H.Hacıyev Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaranan humanitar faciədən bəhs edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığını və Ermənistanın onlara riayət etmədiyini diqqətə çatdırıb. Eyni zamanda, H.Hacıyev dünyəvi ölkəmizin multikultural mərkəzə çevrilməsindən söz açıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müsahibəsində Ermənistanın işğal siyasətini davam etdirməsindən söz açıb. Bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının çadır düşərgələrində yerləşdirildiyini və 2003-cü ildə Prezident İlham Əliyevin “ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədindən danışıb. Bildirib ki, 2007-ci ildə bütün çadır düşərgələri yeni salınmış müasir qəsəbələrlə əvəz edilib və erməni işğalı nəticəsindən doğma yurdundan didərgin düşən azərbaycanlılar evlərlə təmin olunublar.

R.Rzayev 2016-cı ildə Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş 4 günlük müharibədən də söz açıb və bəzi ərazilərimizin azad olunduğunu qeyd edib. O, bir milyon qaçqın və məcburi köçkünün doğma yurduna qayıtması üçün böyük dövlətlərin “passiv siyasətdən” “aktiv siyasətə” keçməsinin vacibliyini bildirib. İşğal altındakı Şuşa şəhərində anadan olan R.Rzayev beynəlxalq hüququn, sülh tərəfdarlarının qalib gələcəyinə əminliyini bildirib. O, ölkəmizin, rəhbərlik etdiyi komitənin dünyaya açıq olduğunu bəyan edib. Minsk qrupunun həmsədri olan Fransanın vacib ölkə olduğunu və BMT TŞ-nin 4 qətnaməsinin həyata keçirilməsinə fəal kömək göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, karbohidrogenlərlə zəngin ölkəmizin iqtisadiyyatını şaxələndirilməsi, kənd təsərrüfatı, yenilənən enerji, nəqliyyat, turizm sahələrinin inkişafına böyük önəm verməsi qeyd edilib. Yazıda bir sıra fransız şirkətlərinin Azərbaycanda fəaliyyəti haqqında da məlumat verilib.




Baxış sayı: 1 555
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30