FACT-INFO.AZ » CƏMİYYƏT » "Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır"
10-08-2018, 10:55 | CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır"

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisiniz. Belə bir kitabın nəşri Fransa ictimaiyyəti tərəfindən necə qarşılandı?

- Mən 2015-ci ildə Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovla birgə "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitab yazmışam. Kitabın nəşri Fransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görə mənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrində çox müsbət qarşılandı. Fikrimcə, Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcə aqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki, buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.

- Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. Sizcə, Azərbaycanla bağlı həqiqətləri Fransada necə yaymaq olar?

- Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada yayılması vacibdir. Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir. Məhz Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil" kitabı obyektivlik və hüquqi neytrallıq prinsiplərinə söykənərək, hüquqi mənbələrə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyətin hüquqi təhlilinə həsr olunub, tarixi və fundamental həqiqətləri üzə çıxarır. Bu kitabın fransız dilinə tərcümə edilməsi həqiqətlərin Fransada yayılması baxılmasından böyük əhəmiyyət kəsb edir. - Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi süstlüyü necə izah edərdiniz? - Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Düzdür, bu, utopiyaya bənzəyə bilər, lakin Fransanın regionda kifayət qədər böyük nüfuza malik olduğunu unutmamalıyıq. Burada da Fransadakı erməni diasporunun mənfi təsiri öz rolunu oynayır. Bilirsiniz ki, bir sıra bölgələrimizdə erməni diasporu çox güclüdür. Məsələn, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur.

- Sizcə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti yetərlidirmi?

- XIX-XX əsrlərdə regionda kütləvi miqrasiya və xüsusilə SSRİ dövründə ruslar tərəfindən əhalinin kütləvi şəkildə köçürülməsi həyata keçirilib, demoqrafik vəziyyət dəyişdirilib. Nəticədə regionda münaqişə ocağı yaradılıb. Azərbaycanlılar öz torpaqlarından qovulub və onlar hələ də öz yurdlarına qayıda bilmirlər. Artıq uzun illərdir ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun nümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır.




Baxış sayı: 1 730
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30