Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Missiya direktoru Caydev Sinkx daxil olmaqla geniş nümayəndə heyəti nazirlikdə olub. Energetika naziri Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə, eləcə də USAID ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb. Vaşinqtonda 27-ci Dünya Qaz Konfransında Azərbaycanın energetika nazirinin iştirakı və tədbir çərçivəsində baş tutmuş yüksək səviyyəli görüşlərin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilməsində rolundan bəhs edilib, enerji əməkdaşlığının gələcək inkişafı üçün qaldırılan məsələlərin əhəmiyyətindən danışılıb. Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini təqdir edib. Bildirib ki, ABŞ-ın Cənub Qaz Dəhlizinə dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır. ABŞ-ın müvəqqəti işlər vəkili V.Gill isə deyib: “Biz Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətliyik. ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”. Görüşdə, həmçinin “Elektrik Ener
Baxış sayı: 1 623
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

