Ermənistanın polis birlikləri (keçmiş daxili qoşunlar) ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunacaqlar. AzVision.az bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib. “Bilirsiniz ki, polis qoşunları silahlı qüvvələrin başqa bir növünə aiddir. Amma indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsi üçün ehtiyac yaranıb.” – deyə Tonoyan vurğulayıb. Onun sözlərinə görə, bu ehtiyac sadəcə müdafiə nazirliyinin döyüş növbətçiliyilə bağlı "yeni və maraqlı qərarlar" verməsindən irəli gəlir. Lakin bundan əvvəl erməni və rus KİV-də baş naziri Nikol Paşinyan Rusiyanın Federal Təhlükəszilik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhədinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşdığına dair məlumatlar yayılmışdı. Rusları əvəz etmək üçünsə Ermənistan polis qüvvələrinin sərhəddə göndəriləcəyi deyilirdi. O da qeyd olunub ki, Paşinyan Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığını nəzərə alaraq, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən polis qüvvələrinin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsini məqsədəuyğun hesab edib. Qeyd edək ki, Ermənistanda 26 il əvvəl formalaşdırılan polis qüvvələrinin (keçmiş daxili qoşunlar) funksiyası dövlət və ictimai təhlükəsizliyin təmin edilməsidir.
Baxış sayı: 1 685
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

