Tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən Brüssel şəhər meriyasının dəstəyi ilə təşkil olunub. Tədbirdə Belçikanın dövlət qurumlarının, Avropa İttifaqının təsisatlarının və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın Belçikada və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov çıxış edərək yaradılmasının 100 illik yubileyinin geniş qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə mühüm yer tutduğunu bildirib. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayan diplomat bu qısa müddətdə qadınlara səsvermə hüququnun verildiyini, ölkə ərazisində yaşayan etnik, milli azlıqların parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə məlumat verib. Daha sonra məşhur pianoçu İsfar Sarabski maraqlı konsert proqramı ilə çıxış edib. Tanınmış pianoçunun ifası tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb. Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Qonaqlara Azərbaycanın milli mətbəxinin ləziz nümunələri təqdim edilib.
Baxış sayı: 1 504
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

