AZƏRTAC TURAN TODAY agentliyinə istinadla bildirir ki, bu barədə yerli jurnalistlərə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan məlumat verib. Yeni nəqliyyat layihəsinə əsasən, tikintisi nəzərdə tutulan iki yoldan ibarət dəmiryol xəttinin uzunluğu 224 kilometr olacaq. Nazirin sözlərinə görə, bu xətt Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq. Beləliklə, Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat- Sivas-Erzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək. Yeni dəmir yol xətti çəkilərkən sürəti saatda 160 kilometrədək olan qatarlardan istifadə etmək imkanı nəzərə alınacaq.
Baxış sayı: 1 516
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

