Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar Jurnalist Eyruz Məmmədovun “Sən kimsən, Armando?” romanı oxuculara təqdim olunub. “Əsərin süjet xətti, dramaturgiyası, ədəbi-psixoloji məqamlarla zəngin hadisələrin inkişafı kitabı oxunaqlı və maraqlı edir”,- bu fikir bütün çıxışların leytmotivini kimi səslənib.
Tədbirdə Əməkdar Mədəniyyət İşçisi, şair Əşrəf Veysəlli, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova, kitabın redaktoru, yazıçı Arif Ərşad və digərləri əsərin məziyyətlərini, yazıçının istedad və təxəyyülünü yüksək qiymətləndiriblər. Görüşdə Eyruz Məmmədovun görkəmli Azərbaycan kino-rejissoru, mərhum Davud İmanovla birgə müəllifi olduğu “Sumqayıtın əks-sədası” filmin yaranması tarixindən söz açıb. Sonda müəllif oxucuların suallarını cavablandırıb.
Baxış sayı: 1 585
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

