UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarının tələbələri ilə motivasiya görüşü keçirən məzunlar onlara uğur hekayələrini danışıblar. Onlar ABŞ universitetlərinin bakalavr və magistr təhsilindən söz açaraq, ixtisas seçimi, liderlik keyfiyyətlərinin formalaşdırılması, uğur qazanmağın yolları ilə bağlı təcrübələrini tələbələrlə paylaşıblar. “Harvardda oxumaq çətindir, amma mümkündür”, deyən məzunlar tələbələrə arzularına çatmaq üçün əzmlə çalışmağı tövsiyə ediblər.
Məzunlar tələbələrin motivasiya, xarici universitetlərdə təhsil üçün maliyyə dəstəyi və digər suallarını cavablandırıblar.
UNEC-in tələbələri ilə növbəti dəfə görüşməkdən məmnun olduqlarını bildirən məzunlar onların bilik və intellektini yüksək qiymətləndiriblər. Ötən görüşdə olduğu kimi, bu dəfə də Harvard məzunları UNEC-in tələbələri ilə apardıqları diskussiyanı sosial şəbəkə üzərindən davam etdirəcəklərini bildiriblər/
Baxış sayı: 1 593
Azerbaijan’s mine problem raised in Prague
Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy
French media highlights President Ilham Aliyev’s visit to Uzbekistan
Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation”
President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan

